İndi bir-çoxları smartfon alarkən ilk öncə onun kamera göstəricilərinə fikir verir. Mobil cihazlarla professional şəkil çəkə bilməsəniz də aplikasiya və aksesuarların köməyi ilə çəkdiyiniz şəkillərdə az da olsa istədiyiniz nəticəni almaq olar. Sizə onlardan bir-neçəsini deyəcəm.

Jelly kamera filteri
  iPhone kameralarına rahat taxıla bilən bu filterlərlə professional kamera filterlərindən demək olar ki, fərqlənmir. Qiyməti 3 dollardan başlayır.

iPhone Telephoto Lens
  Bu obyektivin balaca olmağına baxmayaraq işləri böyükdür.:) iPhone üçün hazırlanan və daşınması asan olan iPhone Telephoto Lens kameranın 12x optik zoom edə bilməsinə imkan verir. Qiyməti 20 dollardan başlayır.

Fujifilm Smartphone Printer
  Fujifilm cibimizdə daşıya biləcəyimiz bu cihazla keçmiş polaroid günlərini geri gətirir.:) Çəkilən şəkilləri sosial media hesablarında da paylaşmaya yarayan bu cihaz 4,57×6,1 sm ölçüsündə şəkillər çıxarır. Qiyməti 200 dollardan başlayır.

Moment Lenslər
  iPhone kameralarına taxıla bilən lenslər sayəsində cihazı DSLR kimi istifadə etmək olar. Dəyişik genişlikdə və uzunluqda lens seçənəklərilə çəkdiyiniz şəkillərin telefonla çəkildiyinə heçkim inanmayacaq.=D Qiyməti 10 dollardan başlayır.

Moment-Lensler