Sayta aid səhifələri, şəkilləri, sənədləri internet istifadəçilərinə təqdim edən kompüterlərə Web Server, bu kompüterlərin (serverin) yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hostinq deyilir.  Çox adam sayt yığdıranda sual verir ki, “hostinq almağım vacibdir?” Əlbəttə vacibdir. Lori dildə başa salım. Ev tikirsiniz. Ev tikmək üçün sizə torpaq sahəsi lazımdır. Torpaq sahəsi – hostinq, ev isə saytdır. Hostinq qiymətləri 1 dollardan başlayır (disk space,RAM,CPU,bandwidth,DB dəstəyi (MySQL, MSSQL, ACESS) və s. göstəricilərə görə qiymət dəyişir).  Böyük saytlar üçün göstəriciləri də böyük olan hostinq lazım gəlir.

Hostinqin bir-neçə növü var. Bunlardan ən sadəsi shared hostinqdir.

Shared hostinq — saytınızın digər müştərilərin saytları ilə yanaşı eyni serverdə yerləşdirilməsi deməkdir. Bunun mənfi tərəfi odur ki, serverdə hər hansı sayta atack olursa bu bütün serverə təsir edəcək və sizin saytınız üçün də problem olacaq.

Reseller — hosting paketindən bir pillə üstdəki hosting paketinə verilən addır. Reseller ilə dedicated serveriniz olmadan hostinq sata bilərsiniz. Reseller 2 və ya daha çox saytı olanlar üçün sərəflidir. Çünki tək sayt üçün ödədiyiniz qiymətin 2-3 qatını ödəyərək host aça (sata) bilərsiniz.

VPS (virtual private server) — VPS hostinq ilə nələr edə bilərsiniz? Əgər hostinq satışı işinə başlamaq istəyirsinizsə VPS işinizə yaraya bilər (reseller, shared hostinq satışı). Root ilə daxilolma, ayrıca IP-ünvanları vardır.

Dedicated server — sizin üçün ayrılmış serverdir. yəni hostinq provayderi bir server kompüterini sizin üçün ayırmış olur. Dedicated server- çoxlu sayt olunduqda, layihə üçün proqram təmintaının xüsusi sazlanması tələb olunduqda, yüksək səviyyədə təhlükəsizlik tələb olunduqda,ayrıca IP-ünvanlar və ya DNS tələb olunduqda lazım olur.