Məndən indiyədək göz əməliyyatı haqqında suallar verib ətraflı məlumat almaq istəyənlər çox olduğu üçün dedim bloqumda da yazım.

  • Əməliyyat neçə dəqiqədi?
  • Ağrı və qanaxma olurmu?
  • Əməliyyatdan sonra hər hansı bir problem olurmu?

Bu və buna oxşar sualların cavabını ətraflı yazmağa çalışacam.

Əvvəla onu qeyd edim ki, tibbdə ZƏMANƏT YOXDUR! Bunu həkimlər özləri demir amma. Siz bu sualı həkimə versəniz zəmanət yoxdur cavabını alarsınız. Mənim gözlərim hər ikisi -3.25 idi və astiqmat da var idi. Gözümü əməliyyat etməzdən əvvəl biraz axtarış elədim, feedbacklərlə baxdım və belə qərara gəldim ki, gözlərimi Azərbaycanlı həkim əməliyyat etməyəcək! Amma bu o demək deyil ki, Azərbaycanda savadlı Oftalmoloq yoxdur. Var əlbəttə ki. Elə Oftalmoloq var ki, onun haqqında bir dənə də olsun mənfi rəy görməmişəm. Nə isə mən getdim dünyaca məşhur olan Dünyagözə.

Orada Op. Dr. Kurtuluş Yıldızın qəbulunda oldum. Əməliyyat üçün səhv eləmirəmsə 4 mərhələdən keçdim yoxlanmaq üçün. 30-40dəqiqə vaxt aldı. Kurtuluş bəy əməliyyat üçün ok verdi. Qeyd edim ki, reklamlarda Dünyagözün 1 yaşı ilə bağlı lazer əməliyyatının 999azn olduğu bildirilir, amma ora yoxlanışdan sonra başqa qiymət çıxır))) Lazer əməliyatının bir-çox növləri var bu 999azn olan lazerin ən aşağı növü olanın qiymətidir. Misalçün gözünüz -1disə və bir dənə də olsa probleminiz yoxdursa bu qiymətə başa gələr onu həkim təyin edir. Mənə Eximerin İLASIK növü məsləhət görüldü. Qiymət isə 1500azn dərmanlarla birlikdə 1600azn-də başa gəldi. Nə isə razılaşdıq sabah gəldim. Mən youtubeda əməliyyat videolarına baxdığım üçün həyacan var idi normal olaraq amma “gözüm eynəksiz ətrafı full hd görəcək” hissi həyacanı öldürürdü. 😬. Nə isə gözümə keyidici dərman damcılatdılar və uzandım əməliyyat otağında (həkim yox idi hələ xəbəri də yox idi ki pasient gəlib, çünki deməmişdilər adama) hardasa 25 dəqiqə falan gözlədim artıq yuxuluyurdum 😀 Sonra həkim gəldi və yanında 2 köməkçi. Gözümə yenə o damcıdan əlavə etdilər sonra isə göz qapaqlarım daimi açıq qalması üçün qarmaq kimi bir şey qoydular. 

P.S: Yuxarıdakı şəkil “Final destination” (5-ci seriya) filmindən götürülüb və əməliyyat olunan adamlara bu kinoya baxmağı qəti məsləhət görmürəm.)))

Bu vaxt düzdü ağrı olmadı, amma gözümə nəyinsə dəydiyini hiss etdim (elə bildim normal deyil) hiss etdim ki, göz qapaqlarımı nəsə taxıldı (sonra bu hiss getdi). Fikirləşdim ki, yəqin keyidicinin təsiri olmayıb hələ həkimə dedim hiss etdim axı dedi normaldı. (Bir dəfə başıma gəlib əməliyyat olan vaxt keyidici vurmuşdular ama təsir etməmişdi bütün hər şeyi hiss etmişdim həkim qlandamı (angina) kəsəndə hər şey hiss edilirdi həmin əməliyyat mənə psixoloji olaraq da təsir etmişdi yuxumda da girirdi dəhşətli ağrılar idi). Nə isə keçdik əməliyyata. Birinci gözümü sol tərəfdə olan apara keçirtdilər. Bu aparatla gözdə olan nazik və şəffaf təbəqə kəsilir (ölçüsü linzadan belə nazikdi). Və yuxarda qırmızı işıq var düz ora baxmaq lazımdı. Aparat gözümə yaxınlaşdırıldı və gözümə basqı hiss etdim. Ağrı deyildi ama elə hiss var idi ki, gözümə hansısa dəmiri qoyub yuxarıdan basırlar.sonra balaca bir dəmir qoyub kəsinti işi aparıldı. Gözümdə həmin təbəqə kəsildi (tam kəsilmir yarımçıq kəsilir elə bil ki сгущенное молоко açırsız). Sonra digər gözdə 1-ci aparatla eyni işlər görülür və bitdikdən sonra 2-ci aparatla bu hissəyə lazer vurulur. Bu dəfə isə düz yaşıl işığa baxmaq lazımdır. Deyəcəksiniz ki, bəs bəlkə gözüm qaçdı düz nöqtəyə baxa bilmədim lazer gözün ağ hissəsinə vuruldu onda necə olacaq? Belə bir hal ola bilməz. Çünki gözünüz oynasa lazer vurulmur (bunu həkim deməyib başqa saytda oxumuşdum) (P.S: Ağrı olmur) .Bir də gözünüzü tez-tez soyuq maye halında olan nə iləsə yuyurlar o əla hissdi 😀 Dünən bir nəfər mənə dedi ki, tanışı Azərbaycanın məşhur həkimi (xanımdı) tərəfindən əməliyyat olunub ama əməliyyat vaxtı bu həmin nazik təbəqə cırılıb. Sonra gözləyiblər ki, o özü bərpa olunsun (özü-özünə bərpa olunan bir şeydi)

Əməliyyat bitdi. Bəzi reklamlarda eşitmişəm ki, əməliyyat 40 saniyədi falan filan amma elə deyil. o 40 saniyə lazerin vurulma anıdır. Ümumilikdə bütün proses 20-25 dəqiqə çəkir. Sonra ayaqüstə durdum baxdım ətraflı yaxşı görürəm amma dumanlı görürəm. Bu isə normaldı sabahsı gün keçir. Əməliyyatdan sonra da cüzi ağrı olacağını dedilər yanma, batma hissləri və s. Amma olmadı. Narahatlıq hissi var idi gözümdə elə bil gözümə kirpik düşüb bir də əsnəyəndə gözümdən yaş gəlir (çoxdan belədi normal şeydi) gözümün yaşı yanma, batma hissi yaradırdı gözümə. 3 dərman var idi. Biri 1 həftə, biri 10 gün biri isə 3 ay istifadə edilməli idi. 3 ay istifadə edilməli olan dərman təbii göz damcısı idi (göz quruluğu üçün). Əməliyyatdan göz quruluğu yaranır (normal haldı adi kompterə uzun müddət baxanda da gözdə qurulur yaranır). Bir də telefona baxmaq qəti olmur. İstədim telefona baxım əməliyyadan sonra baxdım heç nə görmürəm hər şeyi dumanlı görürəm. Bu da sabahsı gün düzəldi.

Əməliyyatdan 2-3 gün sonra yola çıxdım axşam baxdım gözlərim işıqları parlaq görür ətrafa yayınmış formada (buna halo effekti deyirlər). Mənə deməmişdilər gözlərin əməliyyatdan sonra axşamlar işıqları belə görəcək. Bu bəzi adamlarda belədi bəzilərində isə belə hal yaşanmır.

Gözlərim bu şəkildə 1-ci tipdəki kimi görürdü işıqları çox pis idi bu isə baş ağrısına səbəb olurdu. Başqa bir adamda isə göy qurşağı kimi görünürdü. 15 gün sonra get-gedə azaldı 2-ci şəkildəki kimi oldu 3-4 ay sonra isə 3-cü şəkildəki kimi. İndi gözləyirəm görüm haçan  4-cü şəkildəki kimi görəcəm)). Həkimə dedim və getdim qəbuluna baxdı dedi problem yoxdu. Amma ətraflı baxmadı yolaverdi kimi gəldi. Girdiyimlə çıxmağım bir oldu. Dedi keçib gedəcək 3 aya. Sonra hardasa oxudum ki, bu 1 ilə qədər davam edə də bilər). Bizim həkimlərdən isə bəziləri dedi aparat köhnə imiş deyə belə oldu bəziləri dedi ola bilsin səhvlik olub və s. Hərə bir şey dedi.

Bir də ki, gözüm textləri hərdən belə görür bu isə “gözüm yenə zəifləyib” hissi yaradır sonra keçib gedəndə görürsən ki, normaldı hər şey. Elə bil css-lə text-shadow vermişəm 😀

Yadımdan çıxmamış deyim, gözlərinizə linza da qoyacaqlar 1 günlük və xüsusi eynək verəcəklər (şüşə deyil tözqəbuledici yumşaq materiadan ibarətdi). Səhərisi gün eynəyi də çıxara bilərsiniz (bu eynəklə yatacaqsınız həmin gün) və həkimə gedəcəksiniz linzanı çıxarmaq üçün. Əməliyyatdan sonra gözümdə qızartılar yarandı (bəzi adamlarda olmur bəzilərində olur və normaldı). Bu isə 1 aya keçib gedir (get-gedə azalaraq)

Bu qədər. Eynəksiz hər yeri yaxşı görmək əla hissdi. Bütün eynəklilər üçün olsun inşallah )) Bura kimi vaxt ayırıb oxuduğunuz təşəkkür edirəm. Kimin nə sualı olsa şərh yerinə yaza bilərlər.

 

SEO Xidmeti

Comments
  • Veca
    Posted Aprel 9, 2019 3:19 axşam 0bəyənmə

    Məndə 3 gün əvvəl eyni əməliyyatı olmuşam. Linza qoyulub ama əməliyyat sonrası ilk müayinə zamanı linza məndə cixarilmadi bu normaldı? Xahiş edirəm cavablayasiz.

  • elnur
    Posted Aprel 9, 2019 7:22 axşam 0bəyənmə

    Xeyirli olsun! Əslində sabahsı gün çıxarılmalı idi amma çıxarılmayıbsa deməli həkim belə məsləhət görüb və belə məsləhət görüb. Linzanı mikrob düşməsin deyə qoyurlar. Yəqin gözünüzdə nədənsə şübhələndiyi üçün çıxartmayıb. Çünki çıxartmazdan əvvəl gözü yoxlayırlar. Sizə əməliyyatdan sonra demişdi k, sabahsı gün gəlin çıxarım linzanı?

  • Cingiz
    Posted Aprel 16, 2019 3:08 axşam 0bəyənmə

    Salam mede emeliyyat olmusam 1 ay olar. Bezen siz deyen kimi normal olur cox vaxtda esasda axsama dogru ele bil misal ucun herfleri 2 dene gorurem.Bulaniqliq var hekim deyir göz qurulugu var (isimle elaqeli komputer ve telefonla cox mesgul oluram) kecib gedecek goz damcilari qebul edirem.Sizdede bele olub yeni qorxulu sey yoxduki?

  • elnur
    Posted Aprel 17, 2019 8:41 səhər 0bəyənmə

    Salam Çingiz. Məndə də elə olub indi azalıb. Həm də işıqlandırılmadan da aslıdı misalçün, işdə gözümdə problem olmur normal görürəm, amma evdə kompüterə baxanda gözüm qəribə olur

  • İlqar
    Posted Aprel 22, 2019 1:24 axşam 0bəyənmə

    Salam.24-ü əməliyyata gedəcəm Zərifə əliyevada göz dibinə baxdılar və dedilərki cərrahi əməliyyat olunmalıdı.
    Sol gözdə tor aşağı düşür nəsə belə bir şey dedilər qopma var dedilər
    Birdəki youtubedə videolara baxdım gözə keyidici vururlar hə? Onu iynə ilə edirlər ya yazdığınız kimi hər gözü damcı vasitəsilə keyidirlər?

  • elnur
    Posted Aprel 23, 2019 4:57 səhər 0bəyənmə

    Salam İlqar, Allah şəfa versin. Bu əməliyyat növündən xəbərim yoxdu, amma qorxulu bir şey olmaz inşallah yəqin ki, iynə ilə yox damcı ilə keyidicəklər.

  • Cahid
    Posted Yanvar 13, 2020 9:41 səhər 0bəyənmə

    Salam.Hal hazirda nece gorursuz?Hec ele olur ki,arada bulanlig goresiz?Eger dermanlarin adi yadinizda qalibsa yaza bilersiz zehmet olmasa?Evvelceden teshekkur edirem

  • elnur
    Posted Yanvar 15, 2020 10:35 axşam 0bəyənmə

    bəy salam. hal-hazırda bir gözüm bulanıq deməyim ama yayılan görür. Misalçün obyektə baxıram kənarları çıxıntılı kimi görürəm. Bu da narahatlıq verir adama biraz. Dərmanların adı kağızda olmalıdı amma həkim gözünüzə baxıb ona uyğun dərman yazmalıdı.

  • Orxan
    Posted Yanvar 16, 2020 5:59 səhər 0bəyənmə

    Salam. Mən də 28.12.2019 tarixində Dünyagöz xəstəxanasında Op. Dr. Mehmet Şeref Öğretmenoğlu tərəfindən əməliyyat oldum. Əməliyyatdan duran kimi görməm yaxşı idi amma dumanlı idi. Həmin gün gözümdə sulanma yanma olduğuna görə çox gözümü açıq saxlaya bilmədim. səhəri gün müayinəyə getdim həkim normaldı hər şey dedi. (məndə linza qoyulmamışdı). evə qayıtdım. axşam işığa baxanda sol gözümlə işıq yayılırdı. sağ gözdə işıq sola nisbətən az yayılırdı. amma işığın aşağısında və yuxarısında işığ formasında RGB rənglər görürdüm. sağ və sol tərəfində eyni ilə RGB rənglər amma yuxarıdan aşağıya gedən düz xətt boyunca. (bu hal hələ də davam eliyir)
    Bir həftədən sonra yenidən müayinəyə getdim. Həkim gözümə baxdı hər şeyin normal olduğunu dedi lakin sol gözə dərman tökdü göz bəbəyini böyütdü. daha çox baxdı. və bir həftədən sonra yenidən gəlməyimi istədi. Şübhəli gəldi mənə. çünki normalda yoxlanış əməliyyatdan 1 gün, bir həftə, bir ay sonra olur. Bir həftə sonra gəldim yoxlanışa yenə baxdı gözümə sol gözümdə flap qırışıqlığı olduğunu dedi. yenidən flap açıb düzəltmək lazım olduğunu dedi. Dünən yəni 14.01.2020də sol gözüm üçün yenidən uzandım əməliyyat masasına. üst təbəqəni qaldırdı və gözümü iynə ilə qaşımağa başladı. sonra daha qalın bir alət tələb elədi köməkçidən (iynəyə nisbətən qalın) onunla qaşıdı. sonra üst təbəqəni bağladı. linza qoydu. vəssalam əməliyyat bitdi. yenə qalxdım əməliyyatdan sol gözüm tamam bulanıqdı Bugün 15.01.2020 də yoxlanışa getdim. İki gözümdə də qırışıqlıq olmaıdğını dedi. Mən də bulanıq gördüyümü dedim. hətta sağ gözümdə işıq yayılmağı daha da artıb. rənglər isə hələ də yerindədi. bu barədə çox narahat olduğumu bildirdim. O da hər iki gözümün normal olduğunu dedi zamanla hamısı keçib gedəcəyini dedi. Sol gözün həddən çox dumanlı olmasına da flap altında hüceyrələri qaşımışam buna görə bulanıq görməyin çox normaldı dedi. Mənim Narahatçılığım hələ keçmiyib. Sizin bu yazını gördüm biraz rahatlıq gəldi. İnşAllah bütün narahatçılıqların keçəcəyini ümid eliyirəm. Hər kəsə Allah şəfa versin.

  • Садагат Мурадова
    Posted Yanvar 21, 2020 4:01 axşam 0bəyənmə

    Salam . Mən də 14 yanvarda katataktadan əməliyyat olunmuşam. Gözümün qarşıdında tor təbəqə yaxşı görməyə mane olurdu əməliyyat vaxtı gözümə fasiləsiz navakain damcıladırdılar ki ,ağrı olmasın. Doğrudan da əməliyyat ağrısız kecdi.Sabahısı gün həkim gözümdəki sarğını acdı. Elə bildim ki ,həmin dəqiqə aydın ,normal görəcəyəm ,cünki əməliyyat etdirən bir necə adamdan soruşmuşdum ,hamısı demişdi ki ,sarğı acılan kimi öz anadangəlmə gözün kimi görəcəksən .Amma gözümü acanda əməliyyatdan əvvəlki tor təbəqə əvəzinə ,ağ duman gördüm ,həkim dedi ki ,1 həftəyə ,10 günə kecəcək. Mən də hər gün əvvəl 3 gün 6dəfə olmaqla ,3 gündən sonra isə 4 dəfə olmaqla 5 növ damcı tökürəm. Amma yavaş-yavaş ümidimi itirirəm ,cünki ağ duman hələ də olduğu kimi gözümün önündədir. Bu hallarda nə etmək ,yəni həkimə qarşı necə hərəkət etmək lazım olduğunu bilən varsa ,zəhmət olmasa yazsın.

  • Садагат Мурадова
    Posted Yanvar 22, 2020 1:22 axşam 0bəyənmə

    Bir də deyirsiniz əməliyyatın ertəsi günü linzanı cıxarirlar. Amma mənə hec belə şey demədilər. Əgər əməliyyat edib linza qouulursa ki ,görməni yaxşılaşdlrsın ,yenidən onu niyə cıxartsın? Xahiş edirəm ,bilən varsa ətraflı yaxsın.

  • elnur
    Posted Yanvar 23, 2020 5:25 axşam 0bəyənmə

    Salam. Katarakta səhv etmirəmsə gözə linza yerləşdirilməsidi. Mən həkim deyiləm sadəcə başıma gələni yazmışam. Məndə eximer lazer əməliyyatı idi. Linza yerləşdirilməyib içinə, sadəcə əməliyyatdan sonra linza qoydular ki, toz falan düşməsin. Sabahsı gün isə çıxartdılar. Sizdə məncə problem həll olar. Amma yenə də başqa həkimə müraciət etsəniz yaxşı olar. Allah şəfa versin

  • Zamin
    Posted İyun 17, 2020 6:36 axşam 0bəyənmə

    Salam,hazırda gözdə olan bulanıq görmə qalır ya bitib artıq?

Şərh yaz

E-mail adresiniz saytda görünməyəcək. Ulduzlu xanaların hamısını doldurun *