Facebookda səhifə adının dəyişdirilməsi

Tez-tez qruplarda, orda-burda gördüyümüz suallardan biri də “5000 bəyənməsi olan Facebook səhifəm var, amma adını dəyişdirə bilmirəm” sualıdır. Düzdü çox asan yolu var ama yenə də dedim yazım kimsə axtarsa tapa bilsin.  Bunun üçün siz əvvəlcə səhifənin adını oxşar bir ada dəyişdirirsiz sonra isə istədiyiniz ada dəyişə bilərsiniz. Misalçün səhifənin adı “Filankəs Boutique“-di. Eləmək istəyirsiniz “Bəsmənkəs hotel“. Səhifənin adını birinci edirsiniz “Filankəs Hotel” sonra da yenidən “Bəsmənkəs hotel” adına dəyişdirilməlidi. Bunu 30-50azn-ə edirlər, amma heç kimə pul vermədən özünüz də edə bilərsiniz. Oxuduğuz üçün təşəkkür! 🙂